Now Reading:
Azərbaycan olimpiadada ilk medalını qazandı
Full Article 50 second read

Azərbaycan olimpiadada ilk medalını qazandı



Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub. Qaynarinfo.Az xəbər verir ki, cüdo üzrə millimizin üzvü Rüstəm Orucov tatami üzərinə çıxıb.

73 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən başlayıb və ilk görüşdə qazaxıstanlı Didar Həmzəni ilə qarşılaşıb. Görüş Orucovun qələbəsi ilə başa çatıb.

Rüstəm 1/8 finalda avstriyalı Jak Benstedlə münasibətinə aydınlıq gətirib. Bu rəqibini də ipponla keçən təmsilçimiz 1/4 finala yüksəlib.

Rüstəm yarımfinala çıxmaq üçün macarıstanlı Miklos Unqvari ilə görüşüb. Vaza-Ari xalı ilə qələbə qazanan Orucov yarımfinal mərhələsində israilli Saqi Muki ilə qarşılaşıb və qələbə qazanaraq finala çıxıb. Bununla da o, ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: