24 saat

“Azərbaycan millisinə erkən qol vurmalıyıq” – Tomaş Vaçlik


“Bizim üçün uğursuz start oldu. İlk oyunda qalib gəlməli idik. Bu gün Azərbaycan millisi ilə oyunda bunu bacara bilərik. İnanıram ki, azarkeşlərin dəstəyi ilə qalib gələcəyik”.

Qol.az-ın məlumatına görə, bunu Çexiya millisinin qapıçısı Tomaş Vaçlik yerli mətbuata açıqlamasında deyib.

O, DÇ-2018-in seçmə mərhələsində bu gün millimizlə keçiriləcək oyunla bağlı fikirlərini bildirib: “Ötən oyun zəif çıxış etdik. Almaniyaya 0:3 hesabı ilə uduzmamalı idik. Bunu təkrarlamaq olmaz. Azərbaycana erkən qol vurmalıyıq.

Rəqibin heyətində yaxşı futbolçular var. Onalrın çoxu avrokuboklarda çıxış edir. 2 oyuna 6 xal toplayıblar və qol buraxmayıblar. Azərbaycan millisinin müdafiə xətti də güclüdür. Norveçlə oyun bunun sübutudur”.

Xatırladaq ki, bu gün keçiriləcək Çexiya – Azərbaycan oyunu saat 22:45-də başlayacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: