Azərbaycan millisi UEFA reytinqində gerilədi

UEFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, cədvəldə ciddi dəyişikliklər olub.

Belə ki, Azərbaycan yığması 1 pillə geriləyərək 39-cu olub. Komandamız ötən ay 38-ci pillədə yer almışdı. Hazırda yığmamızın hesabında 16701 xal var.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Çexiya 1 pillə yüksəlib və 23-cü yerdə qərarlaşıb. Şimali İrlandiya da 1 pillə irəliləyərək 26-cı yerə yüksəlib. Norveç 1 pillə geriləyərək 32-ci yerə düşüb. San Marino isə 54-cüdür.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Dünya çempionatının formatı dəyişdirilir

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: