Now Reading:
Azərbaycan iqtisadiyyatı 4 faiz kiçilib
Full Article 40 second read

Azərbaycan iqtisadiyyatı 4 faiz kiçilib



2016-cı ilin 9 ayında 43 milyard 436.3 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Bu göstərici ilə əhalinin hər nəfərinə 4 milyon 512.5 manat ÜDM istehsalı düşüb. Bu, ölkə iqtisadiyyatının 4 faiz kiçilməsi anlamına gəlir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in 65.7 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 34.3 faizi isə neft-qaz sektorunda istehsal olunub.
Bu dövrdə informasiya və rabitə sahələrində istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.5 faiz artıb. Bu artım kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq sahələrində 2.4, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2.3, turistlərin yerləşdirilməsi, ictimai iaşə sahələrində 1.8 və sənayedə 1 faiz olub. Tikintidə 32, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1.2, iqtisadiyyatın digər sahələrində isə 2.5 faiz azalma baş verib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: