Azərbaycan futbolunda yeni rekord


Azərbaycan futbolu tarixində yeni rekord qeydə alınıb.

24saat.org apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin PAOK-la oyununda 2:0 hesabı ilə qalib gələn “Qarabağ” klublarımızın cari mövsümdə 10-cu qələbəsini rəsmiləşdirib.

Bununla, yeni rekord gerçəkləşib. Belə ki, indiyədək Azərbaycan klubları heç vaxt avrokubokların bir mövsümündə bu qədər qələbə qazanmamışdı.

Ölkəmizin 10-a çatmasında “Qəbələ”nin payı daha çoxdu – 5 qələbə. “Qarabağ” 3, “Neftçi” və “Kəpəz” hərəyə 1 dəfə seviniblər.

Bu uğuradək rekordumuz 9 qələbədən ibarət idi. 2014/15 mövsümündə klublarımız 24 matçdan 9-da üstün olmuşdu.

Qeyd edək ki, cari mövsümün 27 matçında 10 dəfə qələbə qazanan komandalarımız eyni sayda uduzub və 7 matçda heç-heçəylə kifayətlənib.

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

Qurban Qurbanov: "O, əsas heyətdə yer almağa layiqdi"

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: