Advertisements
24 saat

Azərbaycan dünyada 9-cu ən hərbiləşmiş ölkədir – Ermənistan 3-cü oldu


Azərbaycan dünyada hərbiləşmənin səviyyəsinə görə 9-cu yerdədir.

24saat.org Modern.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Bonn Beynəlxalq Konversiya Universitetinin hazırladığı “Global Militarisation İndex” hesabatında bəlli olur.

Hesabatda hər 1000 sakinə düşən hərbçi sayı, ÜDM (Ümumi Daxili Məhsul) istehsalının hərbi xərclərə nisbəti, həmçinin ağır artilleriyanın və qoşunun əhalinin sayına nisbəti əsas kriteriyalar kimi götürülüb.

Dünyanın ən hərbləşmiş ölkələri arasında birinciliyi İsrail tutub. Növbəti yerlərdə Sinqapur (2), Ermənistan (3), İordaniya (4), Rusiya (5), Cənubi Koreya (6), Kipr (7), Yunanıstan (8), Azərbaycan (9) və Bruney (10) tutur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: