24 saat

Azərbaycan Dohada neftə dair sazişi imzalayacaq


Neft hasil edən ölkələr arasında aprelin 17-də Dohada imzalanacaq razılaşma hasilat həcmini oktyabradək yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur. APA-nın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev “TASS” agentliyinə deyib.

“Razılaşmanın qaralaması kiçikdir və bu cür səslənir: Dohada toplaşacaq ölkələr belə qənaətə gəliblər ki, neftin qiymətini qaydaya salmaq üçün hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılsın”, – deyə Natiq Əliyev bildirib.

“Azərbaycan Dohada digər hasilatçı ölkələrlə razılaşmanı imzalamağa hazırdır”, – deyə nazir qeyd edib.

Neft hasil edən ölkələr arasında imzalanacaq razılaşmanın qaralaması neft hasilatının həcmini bu ilin oktyabrınadək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur.

Dohada neftə dair əldə olunacaq razılaşma “centlmen xarakterlidir”, qaralamada nəzarət mexanizmi öz əksini tapmayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: