Now Reading:
Azərbaycan diasporunun rəhbərinə sui-qəsdlə bağlı yeni xəbər
Full Article 40 second read

Azərbaycan diasporunun rəhbərinə sui-qəsdlə bağlı yeni xəbər



Rusiyanın Ulyanovsk vilayətinin İstintaq Komitəsi “Ümumrusiya Azərbaycan Konqresinin” yerli regional bölməsinin rəhbəri İslam Hüseynova qarşı sui-qəsd törədilməsi ilə bağlı cinayət işinin istintaqını yekunlaşdırır.

Bu barədə Report qurumun məlumatına istinadən xəbər verir.

Yaxın günlərdə cinayət işi müttəhimin təqib edilməsi məqsədilə Azərbaycanın səlahiyyətli orqanlarına göndəriləcək.

Xatırladaq ki, 2012-ci il sentyabrın 11-də iki Azərbaycan vətəndaşı sui-qəsd məqsədilə İslam Hüseynova qarşı silahlı hücum həyata keçirib. Hadisə nəticəsində İ.Hüseynovun mühafizəçisi İqor Beznosyuk aldığı güllə yaralarından həlak olub.

Şübhəli şəxslər həmin an qaçaraq gizləniblər. Onlardan birini müstəntiqlər bir il sonra Moskvada saxlayıb.

İkinci şübhəli şəxs beynəlxalq axtarışa verilib. İndi onun yeri müəyyən edilib: şübhəli Azərbaycanda gizlənib, amma onun yaşadığı faktiki ünvan da bəllidir. Müstəntiqlər ona qarşı qiyabi olaraq ittiham irəli sürüblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: