Advertisements
24 saat

Azərbaycan deputatlarının yaşı açıqlandı


Azərbaycan Mili Məclisində olan deputatlardan 15 nəfərinin yetmişdən çox yaşı var.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 70 və daha yuxarı yaşda olan deputatlardan 14-ü kişilərdir.

19 deputat isə 65-69 yaş arasındadır. Bu yaşda olan deputatlardan 18-i kişilərdir.

16 deputat 60-64 yaşlarındadır ki, onlardan 2-si qadındır.

17 deputat 55-59, 20 deputat 50-54, 16 deputat isə 45-49 yaşlarındadır.

Parlamentdə 25-29 yaşlarında deputat yoxdur. 30-34 yaşlarında 3, 35-39 yaşlarında 9, 40-44 yaşlarında isə cəmi 10 deputat var.

Qeyd edək ki, parlamentdə olan deputatların 16,8 faizi qadın, 83,2 faizi kişilərdir.( Report)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: