Advertisements
24 saat

Azərbaycan 39, Ermənistan 42 – RİO-2016


24saat.org saytı xəbər verir ki, artıq Braziliyada keçirilən Olimpiyada oyunları başa çatıb. Yarışmalarda 56 idmançı ilə təmsil olunan Azərbaycan ölkələr arasında 39-cu yerlə kifayətlənməli olub. Yarışmanın 15-ci günü Teykvando növü üzrə qızıl medal qazanan Radik İsaev yığmamızın tərkibində kürsünün ən yüksək pilləsinə qalxmağı bacaran yeganə idmançı olub.

Bundan əlavə idmançılarımız 7 gümüş və 10 bürünc medal da qazanmağı bacarıblar.

Məlumat üçün bildirək ki, Azərbaycan 39-cu yeri tutmaqla yarışlarda 32 idmançı ilə təmsil olunan və 1 qızıl və 3 günüş medal qazanan Ermənistanı qabaqlamağı bacarıb.

Qardaş Türkiyə yarışları Azərbaycandan 2 pillə geridə tamamlayaraq ümumi sıralamada adını 41-ci yerə yazdırıb.

Ümumilikdə yarışların qalib ölkəsi 46 qızıl, 37 gümüş və 38 bürünc medalla ABŞ olub.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: