Now Reading:
Azərbaycan ​tədiyyə balansının rüblük kəsiri 4 dəfə azalıb
Full Article 50 second read

Azərbaycan ​tədiyyə balansının rüblük kəsiri 4 dəfə azalıb



Azərbaycanın 2016-cı ilin ilk rübü üzrə tədiyyə balansı 1 270,8 mln. ABŞ dolları həcmində kəsirlə tamamlanıb. “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki bu, keçən ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə azdır. Əvvəlki rüblə müqayisədə isə azalma 918 mln. dollar və ya 42% olub.

Cari hesab bu ilin ilk rübündə 432,1 mln. dollar kəsirlə yekunlaşıb, keçən ilin analoji dövründə bu, 109 mln. dollarlıq profisit olub. Xarici ticarət balansı müsbət 621,7 mln. dollar təşkil edib ki, bu da keçən illə müqayisədə 1 136 mln dollar və ya 2,8 dəfə azdır.

“Report”un analitik qrupu hesab edir ki, cari vəziyyətdə Azərbaycanın tədiyyə balansının 2016-cı ili 4-5 mlrd. dollarlıq kəsirlə bitirməsi ehtimal edilir. Bu vəsaitin Azərbaycan Dövlət Neft Fondu tərəfindən kompensasiya edilməsi, nəticədə, Fondun valyuta ehtiyatlarının 30 mlrd. dollar həddindən aşağı düşməsi proqnozlaşdırılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: