Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
aytekkin_alxs_36_9993237

Aytəkin Alxaslı ANS üçün yazdı – “BEŞ AYDIR GÜLƏ BİLMİRƏM”    

Artıq ANS-siz olmağımız 5-ci aya keçib. Olmağımız deyəndə bütün ANS-çiləri nəzərdə tuturam. O ANS-çiləri nəzərdə tuturam ki, ömrünü, gününü, həyatını ANS-ə bağlamışdı. Təvözəkarlıqdan uzaq olsa da deməliyəm ki, mən də bütün ömrümü ANS-ə bağlamışdım, ANS mənim şəxsi həyatım, ailəm idi. İndi görürəm ki, ANS mənim doğrudan da hər şeyim idi, havam, suyum nəfəsim idi.
ANS bağlanalı səhhətimdə də ciddi problem yaranıb. Axı, adam  susuz, nəfəssiz, havasız, necə yaşaya bilər? Sentyabrın 21-də Ali Məhkəmənin qarşısında keçirdiyim güclü stressdən hələ də özümə gələ bilmirəm.Bu yerdə məni Bakıda müalicə edən həkimim Elxan Muradova xüsusi minnətdaram ki, kaprizlərimə baxmayaraq məni müalicə edir. Bölgədə isə, Qusar və Xaçmaz xəstəxanalarının baş həkimləri Mübariz Zeynalov və Səyyaf Tağıyevə təşəkkür edirəm ki, müalicəm üçün tələb olunan dərman preparatlarını vaxtında almağıma şərait yaradıblar.
ANS-ə görə belə cəfa çəkməyimdən qətiyyən peşman deyiləm, narazı deyiləm. Amma ANS-siz  çox çətindi, çox çətin. Sabah ANS -in ANS-siz keçən  daha bir yaranma günüdür. 25 illik tarixi olan ilk müstəqil televiziyanın yaranma günüdür. Təbrik edirəm bütün ANS-çiləri. ANS-in yaşaması üçün ömürlərini gilə -gilə əridən Vahid və Seyfulla Mustafayevləri, Mirşahin Ağayevi ürəkdən təbrik edirəm.
ANS-in ad gününü İstanbulda xəstəxanada keçirən tələbə  yoldaşım  Mirşahinə  isə  şəfa arzulayıram , keçmiş olsun xəstəliyin. Bu sətirləri kövrək notlar üzərində yazsam da, yaxşı ki, nikbinəm, ruhdan, həvəsdən düşməmişəm, Allah yolumuzu açsın. Ölkəmizin 1- ci şəxsi olan hörmətli prezidentimizdən ANS-lə  bağlı müsbət qərarı isə hər an gözləyirəm.
Allah özü bütün Azərbaycansevərlərə kömək olsun.
Aytəkin Alxaslı
24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Akif Çovdarovun səhhəti yenə ağırlaşdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: