Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Aynur İmranova:”Erməni kilsələrinə pulsuz qaz verən ölkədə insan haqlarını müdafiə edən təşkilatlar ermənipərəstlikdə günahlandıra bilməz”

Ölkə başçısı İlham Əliyevin Sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbulu zamanı Beynəlxalq İnsan Haqları təşkilatı “Freedom House” barədə deiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. 24saat.org saytı cənab Əliyevin ittihamlarında nə dərəcədə haqlı olduğuna aydınlıq gətirmək üçün “Media və Demokratiyanın inkişafına dəstək” İctimai birliyinin sədri, araşdırmaçı jurnalist Aynur İmranova ilə əlaqə saxlayıb. 

Xanım İmranova saytımıza açıqlamasında bunları bildirib:

“Ümumiyyətlə son illər bu tendensiya tez-tez müşahidə olunur. Avtoritar rejimlərin rəhbərləri Freedom House və həmçinin bu tipli başqa insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatları qərəzdə günahlandırır. Əlbətdə İlham Əliyev FH erməniprəstlikdə günahlandıracaq. Çünki bu təşkilat Azərbaycanda hər gün pisləşən vəziyyəti, medianın boğulmasını, aktivistlərin həbsini pisləyir, bu barədə məlumatları dünya ictimaiyyətinə çatdırır. Saxtalaşdırılmış seçki nəticəsində seçildiyi üçün prezidentin legitimliyini şübhə altına alır. Amma cənab Əliyev məsələlri öz adı ilə desə daha yaxşı olardı. Ermənipərəstlikdə kimlərisə günahlandırmaq aktual deyil. Əhalisi qazla tam təmin olunmayan, qaz pulunu ödəyə bilməyən kasib vətəndaşını istiliksiz qoyan, amma Gürcüstandakı erməni kilsələrinə pulsuz qaz verən ölkədə insan haqlarını müdafiə edən təşkilatlar ermənipərəstlikdə günahlandıra bilməz.

Azərbaycan və ona qonşu ölkələrdəki avtoritar rejimlərin rəhbərləri anlamalıdırlar ki, onlar “Freedom House”u pisləməklə gözdən sala bilməzlər. Onlar anlamalıdırlar ki, güzgünü qırmaqla yaxşı idarəçi olmayacqlar. Nəfslərini və iddialarını azaldaraq normal demokratik mühut yaratmağa cəhd etsələr, tarixdə adlarının bədnam şəkildə qalmasından da özlərini sığrtalamış olarlar.”

24saat.org

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

”Prezident ailəsi ölkə iqtisadiyyatının az qala bütün sahələrinə nəzarət edir”

%d bloqqer bunu bəyənir: