Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
106030

Aydəm İsmayılov bu gün də “Akula Akif”lə şərikdir – Qalmaqal/FOTOLAR

“Aydəm İsmayılovun mühasibi mənim qanuni iddialarıma cavab olaraq, mətbuata verdiyi açıqlamada səmimi olmayıb, faktları təhrif ediblər. Mən bir daha bildirmək istəyirəm ki,  Eldar Mahmudovun ”sağ əli” olan “Akula Akif” ləqəbli Akif Mustafayevlə birləşən Adəm İsmayılov məni aldadaraq, sonra MTN-nin adıyla təhdid edərək, əmlakıma yiyələniblər”.

Bu sözləri Moderator.az-a eksklüziv açıqlamasında “Euro-Tikinti” MTK tikinti şirkətinin rəhbəri Nəsimi Sadıqov söyləyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Gununsesi.info saytında “Akula Akif”lə əlaqədə ittiham olunan Aydəm İsmayılovun iş adamlarından hədə-qorxu, şantaj yolu ilə əmlaklarına sahib çıxması barədə xəbər yayılmışdı. Həmin xəbərin ardından Aydəm İsmayılovun mühasibi Həsən Bayramov yazılanları təkzib etmişdi. O, bildirib ki, Nəsimi Sadıqovun “Euro” MTK-dan kənarlaşdırılması prosesi qanunvericiliyə uyğun olub.
Dünən Moderator.az-a daha bir fakt təqdim edən Nəsimi Sadıqov qarşı tərəfi növbəti dəfə çıxılmaz duruma salıb. Belə ki, Aydəm İsmayılovun “Euro-Tikinti” MTK-nın ümumi yığıncağında iştirak etməsi barədə Vergilər Nazirliyinə təqdim etdiyi protokolun saxtalığı üzə çıxıb.
Guya Aydəm İsmayılovun təşkil etdiyi iclasda iştirakı qeyd olunan həmin MTK-nın üzvü Ələmdar Rüstəmov və Turan Rüstəmov ərizə yazaraq, belə bir yığıncaqda iştirak etdiklərini təkzib ediblər: “Saxta protokollara imzamız qoyulub. Biz sonradan ümumi yığıncaq çağırıb, yeni sədr seçdik. Nəsimi Sadıqovun sədr oldu və nəticə protokol Vergilər Nazirliyində qeydə alındı”.
Həmin ərizənin fotosu ilə aşağıda tanış ola bilərsiniz.
Nəsimi Sadıqov həmçinin bildirir ki, Aydəm İsmayılov özünü MTN-dən zərərçəkən şəxs kimi təqdim etməklə, əslində “MTN İşi” ilə bağlı prosesin ondan yan keçməsini  istəyir: “Mən və başqaları onun qanunsuz əməllərindən hüquq-mühafizə orqanlarına şikayət etmişik. Ümid edirik ki, şikayətimiz obyektiv araşdırılacaq. O, nəinki, keçmişdə, bu gün də “Akula Akif”lə şərikdir”.
Mövzunu davam etdirəcəyik. Bizi izləyin…

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Məmur tanıyıram ki, balaları bir gecədə 100-200 min pul xərcləyir”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: