Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ayaz Mütəllibovun keçmiş mətbuat katibi həbs edilib

Sabiq prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi işləmiş Teylor İbrahimov (Fətişoğlu) həbs edilib. Bu barədə Trend-ə Ağdam rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, T.İbrahimov avqustun 9-da Ağdamda həbs edilib. O, Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakının Nərimanov rayon Polis İdarəsinə təhvil verilib.

T.İbrahimov dələduzluqda ittiham olunaraq axtarışa verilibmiş. Onun barəsində CM-nin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Proqnozlar real nəticələrlə üst-üstə düşür”

%d bloqqer bunu bəyənir: