Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ayaq üstə yeyəndə… – ZİYANLAR

Müasir insanlar daim tələsir, gecikir və bu səbəbdən tez-tez ayaq üstə yeyirlər. Həkimlərin fikrinə görə bu çox ziyanlı vərdişdir və bu vərdiş gələcəkdə bir çox ciddi problemlərin inkişafına təkan verə bilər.

24saat.org saglamolun.az-a istinadən bildirir ki, araşdırmalar göstərib ki, ayaq üstə yeyən insanlar oturaq vəziyyətdə yeyən insanlarla müqayisədə daha gec doyur və nəticədə daha çox qida qəbul edirlər. Bu isə bədən çəkisinin artmasına və gələcəkdə piylənməyə səbəb ola bilər.

Ayaq üstə yeyən insan qidanı yaxşı çeynəmir, iri tikələr udur. Pis çeynənmiş qida mədəya düşdükdə mədə artıq yüklənir və bu da daim baş verdikdə müxtəlif mədə xəstəliklərinə səbəb ola bilər.

Qidanın pis çeynənməsi orqanizmdə metabolik prosesləri ləngidir. Bu isə artıq kiloların yığılması üçün çox yaxşı şərait yaradır.

Beləliklə, həkimlər ayaq üstə, tələsərək yemək yeməyi tövsiyə etmir. Qidanı sakit şəraitdə, tələsməyərək qəbul etmək, bunu mümkün qədər eyni vaxtlarda etmək lazımdır. Qida tək fizioloji tələbat deyil. Düzgün və sağlam qida vərdişləri insanın sağlamlığının qorunmasında çox böyük rol oynayır.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Bürclər – 23 iyul

%d bloqqer bunu bəyənir: