Loading...
Loading...

Ayətullah Xamenei Məkkəni Səudiyyə Ərəbistanından almağa çağırdı

İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Xamenei dünya müsəlmanlarına müraciət edərək, İslamın əsas müqəddəs ziyarətgahları – Məkkə və Mədinəyə Səudiyyə Ərəbistanının nəzarət etməsi məsələsini gündəmə gətirməyə çağırıb. Virtualaz.org bildirir ki, bu xəbəri İran KİV-ə istinadla “Rosbalt” yayımlayıb.

Xamenei 2015-ci ildə Həcc ziyarəti vaxtı yaranmış və minlərlə zəvvarın ölümünə səbəb olmuş hadisə üçün məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyub. Xatırladaq ki, həlak olmuş zəvvarlar arasında İrandan gəlmiş xeyli insan olub.

“Həcc ziyarətini turist gəzintisinə çevirmiş, İran xalqının inqilabı ruhuna və imanına qısqanclıqla yanaşan, dini siyasiləşdirən və Böyük şeytanın – ABŞ-ın hər bir uğursuzluğunda əsməyə başlayanlar qorxaq iblisdən başqa bir şey deyil”, – Xamenei bildirib. O həmçinin Səudiyyə Ərəbistanını sionist rejimlə iş birliyində və Fələstin xalqının məşəqqətlərinə biganəlikdə günahlandırıb.

2016-cı ilin Həcc ziyarətində İrana kvota ayrılmamasına hiddətini gizlətməyən Xamenei əlavə edib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu İslamın əsas müqəddəs ziyarət yerlərini bütün dünya müsəlmanlarının ixtiyarına verməkdir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Putin Rusiyanın gələcək prezidentindən danışıb

Loading...
%d bloqqer bunu bəyənir: