Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ea

Axundla icra başçısı arasında qarşıdurma dərinləşir

Hacı Tahir Elmar Vəliyevə qarşı korrupsiya iddiası irəli sürməyə hazırlaşır

Gəncənin icra başçısı Elmar Vəliyevlə İmamzadə Türbəsinin axundu Hacı Tahir Abbaszadə arasında qalmaqal davam edir. Bir neçə gün əvvəl xural.com saytı Hacı Tahir Abbaszadəyə istinadən məlumat yaymışdı ki, Elmar Vəliyev İmamzadə Türbəsinə hücum təşkil edib. Məqsəd axundu həbs etdirmək olub. Hacı Tahir Abbaszadə isə şərlənəcəyi təqdirdə intihara əl atacağını deyib.

Gununsesi.info isə məlumat yayıb ki, hazırda Gəncədən kənarda olan Hacı Tahir Abbaszadə Elmar Vəliyevə qarşı korrupsiya iddiası irəli sürəcək. Məlumatda qeyd olunur ki, illərdir icra başçısı tərəfindən sıxışdırılan, hətta son zamanlar həbs edilmə təhlükəsi ilə üzləşən Hacı Tahir Abbaszadə əks-hücuma hazırlaşır. Belə ki, o, dövlət büdcəsindən və Prezidentin Ehtiyyat Fondundan Gəncə İmamzadə Kompleksinin təmiri üçün ayrılan on milyonlarla vəsaitin talan olunduğu iddiası ilə bağlı hüquq-mühafizə orqanlarına şikayətlərdə bulunacaq. Onun əlində kompleksin tikintisi zamanı məsrəflərin şişirdilməsi, habelə, podratçı şirkətlərin pullarının verilməməsi, çoxmilyonluq korrupsiya halları barədə məlumatlar olduğu bildirilir.

İmamzadə Kompeksinin yenidən qurulması prosesini Gəncə İcra Hakimiyyəti həyata keçirib. Qafaqaz Müsəlmanları İdarəsi bu prosedən ilk gündən kənarda qalıb.

Hacı Tahir Abbaszadə isə saytı bildirib ki, səhhətində ciddi problem var və hazırda sistem altındadır: “Vəziyyətim yaxşı deyil. Bu, birinci hal deyil ki, baş verir. Bu qədər də olmaz. Mən özüm sizinlə əlaqə saxlayıb, danışacam”.

Elmar Vəliyevin baş verənlərə münasibətini öyrənmək mümkün olmayıb. İcra başçısının telefonuna cavab verən köməkçisi onun məşğul olduğunu əsas gətirib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Salyandakı obyektlər əldən çıxdı: Tahir Kərimovu kimlər satıb? – Sirr

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: