Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

AXCP sədri erməni məkrindən yazdı

AXCP sədri Əli Kərimli facebook sosial şəbəkəsində ermənilərin son günlərdəki aqressiyasına aydınlıq gətirib. 24saat.org həmin yazını olduğu kimi təqdim edir:

Dostlar, biz ilk növbədə onu aydınlaşdırmalıyıq ki, Ermənistanın hazırkı təxribatlarının taktiki məqsədi nələrdən ibarətdir. Düşmənin məqsədlərini, o cümlədən taktiki məqsədlərini bilmədən onunla effektli müharibə aparmaq olmaz. Əlbəttə, dövlət rəhbərliyi heç vaxt düşmən ölkə ilə tammiqyaslı müharibə variantını istisna etməməli və ona hər zaman hazır olmalıdır. Amma məncə, hazırda Ermənistanın məqsədi irimiqyaslı müharibə deyil. Belə bir böyük savaşın onlara baha başa gələcəyini məncə, artıq dərk ediblər. Ermənistan rəhbərliyi hazırda ona çalışır ki, “3 günlük” savaşın nəticələrini aradan qaldırsınlar. Bizim bir neçə təpəni azad etməyimiz, ən əsas da xalqımızın savaş günlərində nümayiş etdirdiyi mübarizə əzmi və milli birlik düşmən cəbhəsində məyusluq və narazılıq yaradıb. Hazırda Sarkisyan və komandasının məqsədi bu nəticələri aradan qaldırmaqdır. Müşahidələrimə görə, bu məqsədə nail olmaq üçün düşmən hazırda qarşısına 3 taktiki məqsəd qoyub:

  1. “Erməni xalqı Rusiyadan, onun liderlik etdiyi Avrasiya İttifaqından narazıdır” şantajı ilə Rusiyanı məcbur etmək ki, Ermənistana daha çox yardım etsin, Rusiyanın hesabına erməni ordusunun silahlanma, təchizat və kəşfiyyat işlərini yaxşılaşdırsınlar. Rusiyadan maksimum iqtisadi güzəştlər qoparsınlar;

  2. Bütün cəbhə boyu dinc əhalini atəşə tutmaqla yenidən bizim ölkə daxilində məcburi köçkün dalğası yaratmaq, bununla da Azərbaycanda ümumi ovqatın pisləşməsinə, həm də sosial-iqtisadi gərginliyin artmasına nail olmaq istəyirlər;

  3. Azərbaycandan az da olsa, əlavə torpaq işğal etməyə çalışacaqlar (bu torpaqlar aprel ayında azad edilmiş təpələr olmaya da bilər). Bununla da cəhd edəcəklər ki, erməni cəmiyyətində yaranmaqda olan məğlubiyyət kompleksini aradan qaldırsınlar, bizdə isə əksinə hazırkı yüksək döyüş ruhunu yenidən sarsıtsınlar.

Ermənilərin bu taktiki məqsədlərinə çatmalarına imkan verməmək üçün Azərbaycan hakimiyyəti aşağıdakıları ləngimədən etməlidir:

Elçibəy qatilləri – ARAŞDIRMA

  1. Rusiya hər zaman Ermənistana daha yaxın olacaq. Rusiyanı formal neytralitetə gətirmək sevdası ilə onun qarşısında daha sözəbaxan olmağa ehtiyac yoxdur. Əksinə, Azərbaycan Türkiyə, Avropa Birliyi, ABŞ və İslam dünyası ilə əlaqələrini gücləndirməklə Rusiyadan tamamilə qopa və Qərb strukturlarına inteqrasiya edə biləcəyini nümayiş etdirməlidir. Bu variantın ciddi olduğunu görən Rusiya bizim də milli maraqlarımıza hörmət haqda düşünməli olacaq. Üstəlik, bu halda bizim potensial müttəfiqlərimizlə də əlaqələrimiz güclənmiş olacaq.

  2. Elə etmək lazımdır ki, uzaqdan aparılan artileriya döyüşləri taktikası düşmən üçün daha acınacaqlı nəticələr versin. Nədir problem? Uzun illər demirdik ki, bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən çoxdur? Bizim ağır silahlarımız da, döyüş sursatımız da onlardan çoxdur. Düşmənin atdığı hər bir mərmiyə, 10 mərmi ilə cavab verilməlidir. Bundan əlavə təcili şəkildə cəbhəətrafı kənd və rayonlarda təhlükəsizlik standartlarına uyğun yeraltı sığınacaqlar tikilməlidir ki, düşmən atəşi zamanı əhali ev-eşiyini tərk edib digər rayonlara köçməsin, sığınacaqlara çəkilsin.

  3. Belə başa düşdüm ki, bizim orduya müdafiədən əks-hücuma keçmək əmri verilməyəcək (bunun üçün çox gözəl fürsət əldən çıxarıldı). O zaman heç olmasa, bütün cəbhə boyu müdafiə xətti ciddi şəkildə möhkəmləndirilməlidir. Cəbhənin heç bir məntəqəsindən düşmən hücumu bizim üçün gözlənilməz olmamalıdır. Düşmənə bir qarış da olsun torpaq vermək olmaz!

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

Elmira Süleymanovadan etiraz

%d bloqqer bunu bəyənir: