Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“AXCP-nin mənimlə bağlı 20 il bundan əvvəlki qərarına ehtiyac yox idi”

Pənah Hüseyn: “Özləri bu qərarı siyasi qərar adlandırıb”

Qulamhüseyn Əlibəyli: “Ali Məclis konkret səbəblərini göstərmədən bununla bağlı qərar qəbul etdi”

Azərbaycan Xalq Hərəkatının fəallarından Pənah Hüseyn 90-cı illərin sonlarında, həbsdən azad ediləndən sonra AXCP Ali Məclisi onun partiyaya üzvlüyünün məqsədəuyğun olmaması ilə bağlı qərar qəbul etdi. Məlum hadisənin üstündən illər ötməsinə baxmayaraq ictimai marağı nəzərə alıb, səbəbləri izah edilməyən bu qərar, onun hansı zərurətdən irəli gəlməsi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün P.Hüseynə müraciət etdik.
24saat.org-a açıqlama verən AXP sədri bu qərara ehtiyac olmadığını vurğuladı:
“Mən AXCP üzvlüyünə qəbul olunmaqla bağlı nə yazılı, nə də şifahi müraciət etməmişəm. Bunu AXCP yetkililəri də o zaman mətbuata verdiyi açıqlamalarda qeyd edib. Əbülfəz Elçibəyin iştirakı ilə AXCP-nin bir toplantısında da mənim ərizə ilə müraciət etmədiyim, bunun üçün də başqa qərarların olmasına ehtiyac olmadığı da vurğulanmışdı. Bu qərar siyasi qərar adlandırılmışdı.
Bu, təxminən 20 il bundan əvvəl baş vermiş bir hadisədir. Özləri bunu siyasi qərar adlandırmışdı və mətbuatda da belə izah etmişdilər ki, guya mediada P.Hüseynin AXCP rəhbərliyinə gəlməsi haqqında məlumatlar gedir, ona görə belə bir qərar qəbul ediblər.
Mən belə hesab etmirəm ki, o dövrdə belə bir qərara ehtiyac var idi. Çünki mən heç vaxt AXCP-yə daxil olmaq haqqında yazılı-şifahi müraciət etməmişəm. Bu gün isə bu məsələni aktual hesab etmir və detallarına varmağa lüzum görmürəm”.
Məsləyə münasibətini öyrəndiyimiz digər şəxs, AXCP Ali Məclisinin və Rəyasət Heyətinin o zamankı sədri Qulamhsüeyn Əlibəyli də məsələ ilə bağlı tutarlı arqumentin olmadığını təsdiqlədi:
“Səhv etmirəmsə, bu hadisə ya 1997, ya da 1998-ci ildə baş verib. O zaman P.Hüseynli həbsdən çıxan zaman KİV-də belə bir informasiya yer almışdı ki, P.Hüseynli AXCP-yə üzv olmaq istəyir. P.Hüseyn Xalq Cəbhəsinin üzvü olsa da Xalq Cəbhəsi partiyaya çevrilən zaman AXCP üzvü deyildi.
Ali Məclisin buna münasibət bildirməsi ilə bağlı məsələ qaldırıldı. Ali Məclis uzun müzakirədən sonra hesab etdi ki, onun AXCP-yə gəlişi məqsədəuyğun deyil. Konkret səbəblərini göstərmədən bununla bağlı qərar çıxarıldı”.

Seymur Əliyev
24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

”Azərbaycanda krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik”

%d bloqqer bunu bəyənir: