Avtovağzaldan bölgələrə gedən sərnişinlər niyə biletsiz yola salınır? – VİDEO


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin bölgələrə üz tutan sərnişinlərin çoxu bilet almadan səfərə çıxırlar.

Avtovağzaldan rayonlara gedən avtobusların çoxunda belə hala rast gəlmək mümkündür.

Biletsiz gedən sərnişinlərdən niyə bilet almadıqlarını soruşduqda isə əksəriyyətinin cavabı eyni oldu.

Bəzi sərnişinlər isə ümumiyyətlə biletin kassada satılmasından belə xəbərsizdirlər. Bəziləri isə kassada biletlərin gec satıldığına görə məhz bu addımı atdıqlarını deyirlər.

Sürücülər isə kameramızı görən kimi məsələyə aydınlıq gətirmək əvəzinə qaçmağa üstünlük verdilər.

Məsələyə münasibət bildirən avtovağzal rəhbərliyi bu tip problemlərin yaşanmasının səbəbini daha çox onlayn satışın həyata keçirilməməsi ilə əlaqələndirir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev belə sürücülərin cəzalandırıldığını və hətta bəzilərinin xətdən uzaqlaşdırıldığını iddia edir.

“Xəzər Xəbər”

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Ronaldinyo Bakıya gəlib – FOTO

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: