Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
bak.jpg

Avtovağzaldakı ticarət mərkəzi niyə bağlanıb?

Obyekt sahibləri Ziya Məmmədova qarşı qiyama başlaya bilər

Beynəlxalq Avtovağzal Kompleskinin ticarət mərkəzi bu gün səhər saatlarından fəaliyyətini dayandırıb. Fins.az-ın ticarət mərkəzindən əldə etdiyi məlumata görə, mağazalar bağlanıb. Səbəb kimi avtovağzal ərazisinə vergim müfəttişliyi əməkdaşlarının ciddi yoxlamalar aparmaq üçün gəlmələri göstərilir.

Dükan sahiblərinin qeyd etdiyinə görə, avtovağzal rəhbərliyi də məhz bu səbəbdən bütün obyektlərin bağlanması ilə bağlı tapşırıq verib. Dövlət Avtomobil Nəzarəti Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı fins.az-ın sorğusuna cavab olaraq bildirib ki, ticarət mərkəzinin fəaliyyətini dayandırması texniki problemlərlə bağlıdır: “Ticarət mərkəzində elektrik xətlərində problem var idi. Mağazaların bəzilərində işıq yanmırdı. Bu da onların işinə mənfi təsir edirdi. Elektrik xətlərinin yenilənməsi ilə bağlı olaraq mağazalar bir neçə günlük bağlanıb”. Şəfa Mehmanqızı xətlər yeniləndikdən sonra ticarət mərkəzi fəaliyyətini davam etdirəcək. Vergi yoxlamasına gəlincə, xidmət rəsmisi bu xəbəri təsdiq edərək bildirib ki, vergi yoxlaması vaxtaşırı aparılır və bu ticarət mərkəzinin işinə təsir eləmir.

Bəzi iddialara görə, ticarət mərkəzinin bağlanması avtovağzalın nəqliyyat naziri Ziya Məmmədovun əlindən alınması ilə bağlıdır. Bəzi məlumatlara görə, buradakı ticarət obyektlərinin yenidən bölüşdürülməsi planı var. Əgər bu iddialar doğrudursa, o zaman ticarət obyektlərinin sahibləri Ziya Məmmədova qarşı qiyama başlaya bilər. Çünki onlar bu obyektləri almaq üçün kifayət qədər ciddi məbləğ ödəyiblər.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İlham Əliyevin 13 milyon ayırdığı yol belə çökdü

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: