Avtovağzal müdiri, yoxsa Bərdənin hakimi mütləqi?

Bərdə avtovağzalının müdiri Adil Nəbiyev rayondan Bakıya gələn bütün taksilərə və marşrutlara haqq qoyub.

24saat.org-a daxil olan məlumata görə, Bakıya sərnişin aparan taksilər və marşrutlar hər ay avtovağzal müdirinə 40 manat ödəməlidir. Bu pulu verməyənlər isə cəzalandırılır. Bəzi sürücüləri döyməkdən və təhqir etməkdən çəkinməyən A. Nəbiyevin bu vaxta qədər bütün sürücülərdən aylıq 20 manat haqq aldığı da bizə çatan məlumatlar arasındadır.

Məlumatda o da bildirilir ki, Adil Nəbiyev aylıq haqqı ödəməyən sürücüləri Bərdə polisinin vasitəsilə cəzalandıracağını bildirir. O, hər dəfə sürücüləri “məzmmət” edən zaman Bərdənin yeni polis rəisi ilə yaxın əlaqələr qurduğunu xüsusiylə qeyd edir.

Əldə etdiyimiz məlutada o da qeyd olunur ki, Adil Nəbiyev Tariyel Ağayevin yaxın adamıdır. Tariyel Ağayev vaxtilə mərhum prezident Heydər Əliyevin köməkçisi vəzifəsində işləyib. İddiaya görə, Adil Nəbiyevin avtovağzal müdiri təyin olunmasında və rayonda biznes imperiyası qurmasında Tariyel Ağayevin müstəsna xidmətləri olub.

Bildirilir ki, Bərdədə fəaliyyət göstərən bazar, mal bazarı, taxta-şalban bazarı və pendir zavodu Adil Nəbiyevin sərəncamına verilib. Avtovağzal müdiri güclü himayədarının olması onu Bərdənin hakimi mütləqinə çevirib.

Adil Nəbiyev hətta icra başçısı Vidadi İsayevlə də hesablaşmır. Bəzi məlumatlara görə, avtovağzal müdirinin icra başçısını rayonun rəhbrəi kimi qəbul etməməsi tərəflər arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.

Hətta o da bildirilir ki, Vidadi İsayevin bacara bilmədiyi Adil Nəbiyev Bərdənin gələcək icra başçısı olacağına dair Tariel Ağayevdən razılıq ala bilib.

Mövzunu davam etdirəcəyik.

24saat.org

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Qaçqınkomun maliyyə şöbəsinin müdiri Heydər Əliyevin fərmanının üzərinə fərman imzalayıb – FAKT

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: