24 saat

Avtomobilin şüşəsi tərləməsin deyə bunları edin


Qışda sürücüləri ən çox incidən avtomobilin şüşəsinin tərləməsidir. Bu sürücü üçün təhlükəlidir. Belə ki, tərləyən şüşəni tez-tez silmək sürücünün fikrini yayındırır. Tərləmiş şüşə uzağı görməkdə də çətinlik yaradır. Bunun qarşısını almaq üçün çox sadə bir üsul var.

həmin üsulu təqdim edirik.

Lazım olacaq:

Pambıqdan corab

Hopdurucu dolğu (pişik üçün qum, zoomağazadan ala bilərsiniz)

Yapışqanın çarxı.

Corabın yuxarı hissəsini çarxa keçirdin.

Dolğunu corabın içinə, yarısına kimi boşaldın.

Çarxı çıxardın.

Avtomobilinizdə istənilən açıq yerə qoyun.

Hopdurucu havadakı nəmi özünə çəkdiyi üçün, sizin şüşələriniz tərləməyəcək.(Publika.az )

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: