Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Avtomobildə tək qalan uşaq dəhşətli əməl törətdi

13 yaşlı məktəbli maşınla oynayarkən təsadüfən onu işə salıb. Avtomobil yerindən tərpənib və yaxınlıqda oynayan 1.5 yaşlı bacısını vaqona sıxışdıraraq öldürüb.

Maşının salonunda oynayan məktəbli təsadüfən onu işə salıb və bir neçə metr aralıda oynayan, yaş yarımlıq bacısını tapdalayıb.

Sputnik-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının istintaq Komitəsinin Başqırdıstan üzrə regional idarəsinin rəhbəri Svetlana Abramova məlumat verib. Hadisə dünən axşam Yazıkovo kəndində qeydə alınıb.

“13 yaşlı məktəbli maşınla oynayarkən təsadüfən onu işə salıb. Avtomobil yerindən tərpənib və yaxınlıqda oynayan 1,5 yaşlı bacısının üstünə doğru gedərək onu məişət vaqonuna sıxışdırıb”, — deyə Abramova RİA Novosti-yə bildirib.

Qız ağır travma alıb və rayon xəstəxanasına çatdırılıb. Həkimlərin qızın həyatını xilas etmək cəhdləri baş tutmayıb və o, həyatını itirib.

Müstəntiqlər hadisə yerində araşdırma apararaq onun baş vermə səbəblərini aydınlaşdırmağa çalışırlar.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Qurbanlarının cəsədi ilə sevişib sonra qanlarını içən qızın etirafları – ŞOK TƏFƏRRÜAT

%d bloqqer bunu bəyənir: