Loading...
Loading...

Avtobusların arxa hissəsində reklam: Qanunun tələbi niyə pozulur? – VİDEO

4, 26, 184 və 202 saylı marşurtlarda sahibkarlar qanunun tələbini pozurlar. Bu cərgəyə “Baku Bus”ın 13 saylı marşurt xəttində hərəkət edən avtobusları da aid etmək olar. Çünki bu xətlərdəki avtobusların arxa hissəsinə reklam löhvələri vurulub.

Görünür sahibkarlar və ya sürücülər yol polisi tərəfindən cəzalandırılmır. Çünki 2015-ci ilin mayında qəbul edilən “Reklam haqqında” qanuna görə həm marşurt avtobuslarının, həm də digər avtomobillərin arxa və ön hissəsinə reklam vurulması qadağandır.

Məsələ ilə bağlı 4 və 202 saylı marşurt avtobuslarının daxil olduğı “Çinar trans” şirkəti ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Etibar Manafov bildirdi ki, bu vaxta qədər əksər avtobuslarda reklam löhvələri sökülüb. Qalan avtobuslardakı problemdə avqustun 10-dək həll ediləcək.

24saat.org “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bürclər – 4 avqust

Loading...
%d bloqqer bunu bəyənir: