Loading...
Loading...
turkiye-tanklar-300x204

Avstriya Türkiyəyə silah satışının dayandırılması haqda qərar qəbul edib

Avstriya parlamenti Türkiyəyə silah satışı sahəsində embarqonun tətbiq edilməsi ilə bağlı qərar layihəsini yekdillilə qəbul edib.

Yaşıllar Partiyasının təqdim etdiyi layihəni parlamentdəki 6 partiya dəstəkləyib.

Qərar layihəsinin müəllifləri Yaşıllar Pariyasından olan deputatlar Peter Pilz və Sosial–Demokrat Partiyasını təmsil edən millət vəkili Andreas Şiderdir.

Yaşıllar Partiyasından olan deputat Peter Pilz Avropa İttifaqını Türkiyəyə qarşı Avstriya parlamenti kimi davranmağa çağırıb. O, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı ilk sansiya adlandırıb.

Sənəddə Avstriyadan Türkiyəyə döyüş sursatları, müdafiə silahları, hərbi və asayişin qorunması sahələrində istifadə ediləcək vəsaitin göndərilməsinin yasaqlanması nəzərdə tutulur.

Bu qərar Avstriya hökuməti üçün qanuni gücə malik olmasa da, Nazirlər Kabinetinin Türkiyə ilə münasibətlərdə həmin sənədi nəzərə alacağı gözlənilir.

(report)

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Dmitri Puşkov: Avroparlamentin qərarları Ankara ilə Moskvanı yaxınlaşdırır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: