Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Avropaya qaçmaq istəyən ermənilər tutuldu

Sərhəd pozan ermənilər tutulublar.

ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, 4 erməni saxlanılıb. Onlar Polşa-Litva sərhədini qanunsuz keçməyə cəhd ediblər. Patrul xidməti tərəfindən Litva nömrəsi olan “Renault Laguna” saxlanılıb. Maşında 5 erməni – 3-ü böyük, ikisi isə uşaq olub. Saxlanılan ermənilər 14-41yaş arasında olub. Ehtimala görə, saxlanılanlar bir ailənin üzvləridir.

Polşa Sərhəd Xidmətinin məlumatına görə, ermənilərin pasportlarındakı ştamplar saxta olub.

Ancaq sürücünün Litvada yaşamaq icazəsi olduğu üçün o azad edilib.

İndi saxlanılan qadın və kişini 6 aya qədər həbs cəzası gözləyir. Amma onu 2 il şərti cəza ilə əvəz etmək də mümkündür.

Görünür, Ermənistandakı ağır sosial vəziyyətdən əziyyət çəkən sadə insanlar çıxış yolunu mümkün qədər uzağa qaçmaqda görürlər.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Ermənistanda dövlət çevrilişinə cəhd

%d bloqqer bunu bəyənir: