Now Reading:
Avroparlament Gürcüstanla viza rejiminin ləğvinə səs verdi
Full Article 30 second read

Avroparlament Gürcüstanla viza rejiminin ləğvinə səs verdi



Avroparlamentin vətəndaş azadlığı, daxili və ümumi işlər üzrə Komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib.

TASS xəbər verir ki, müvafiq səsvermə bu gün Avroparlamentin Brüsseldəki mənzil-qərargahında keçirilib.

Qeyd olunur ki, Komitənin səsverməsi tövsiyə xarakter daşıyır. Viza liberallaşdırılması ilə bağlı qərar Avropa İttifaqı Şurası və Avroparlamentin Strasburqda keçirilən plenar sessiyasında təsdiqlənməlidir.

Avroparlamentin Komitəsi həmçinin Kosovo vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: