Advertisements
24 saat

Avropa şirkətlərinə "Brexit" zərbəsi


“Brexit” ilə bağlı kəskin ssenaridə Avropa Birliyinə daxil olan ölkələrin şirkətləri Britaniya şirkətləri ilə müqayisədə illik 8 milyard avro (9,7 milyard dollar) daha çox itirəcəklər.

24saat.org publika.az-a istinadən bildirir ki, bu barədə “The Times” qəzeti yazıb.

Qeyd olunur ki, kəskin ssenaridə “Brexit” ilk növbədə Avropanın özü üçün sərfəli olmayacaq.

Nəzərə çatdıraq ki, Böyük Britaniyada “Brexit” bu ilin iyun ayının 23-də keçirilib. Britaniyalıların 51,9 faizi Avropa Birliyinə üzvlüyə son qoyulmasına səs verib. Proqnozlara görə, Böyük Britaniya kəskin ssenaridə vergi daxilolmalarının azalmasından 66 milyard avro (81 milyard dollar) itirə bilər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: