Loading...
Loading...

Avropa Mərkəzi Bankı yeni 50 avroluq banknotu təqdim edəcək

Avropa Mərkəzi Bankı yeni 50 avroluq banknotu iyulun 5-də təqdim edəcək. Yeni banknot 2017-ci ilin yazında dövriyyəyə buraxılacaq.

AzərTAc Avropa Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 50 avroluq banknot avrozonada ən çox istifadə edilən pul nişanlarından biridir. Dövriyyədə təxminən 8 milyard dəyərində 50 avroluq banknot mövcuddur ki, bu da ümumi banknot sayının təqribən 45 faizini təşkil edir.

Bankın məlumatlarına əsasən, avrozonanın 19 ölkəsində təqribən 338 milyon insan avrodan istifadə edir. Avro banknotlarının ümumi nominalı 1 trilyon avro təşkil edir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bakıda ‘exchange’lərin fəaliyyəti bərpa olunur

%d bloqqer bunu bəyənir: