Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Avropa Məhkəməsindən Azərbaycan hökumətinə daha 13 cərimə

Bu gün Avropa Məhkəməsi 13 iş üzrə qərarlarını elan edib.

Bu barədə vəkil Əsabəli Mustafayev facebook səhifəsində məlumat yayıb. Vəkil yazır ki, işlərdən ikisi onun müdafiə etdiyi Əhəd Məmmədlinin şikayətləri ilə bağlıdır. İki iş üzrə bir qərar çıxarılıb. Məhkəmə 5, 6 və 11-ci maddələrin (azadlıq hüququ, ədalətli araşdırma hüququ və sərbəst toplaşma azadlıqı) pozuntusunu tanıyıb. Kompensasiya məbləqi 13150 avrodur.

Elan olunan qərarların 1-i isə İntiqam Əliyevin apardığı seçki işləri üzrədir. Qərarlarda azad seçki hüququnun pozuntusu tanınınb. Kompensasiya 11000-12000 avro təşkil edir. İşlər bu şəxslərin şikayətləri üzrədir.

Qaya Əliyev
Şakir Məmmədov
Fuad Əliyev
Əmrulla Dadaşzadə
Xaliq Hacıyev
Ziyafət Hüseynli
Akif Cavadov
Səxavət Soltanov
Elnur Məcidli
Arzuman Məcidli
İntiqam Əliyev

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ramazan ayının on birinci gününün duası – İmsak və iftar vaxtı

%d bloqqer bunu bəyənir: