Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
1967bb2f-a05b-4ace-bca5-f2db06382ae9_w987_r1_s

Avropa Məhkəməsi hökuməti 91 min avro cərimələdi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 24-də Azərbaycanla bağlı iki qərarını açıqlayıb. Məhkəmə hökuməti üst-üstə 91 min avro cərimələyib.

Qərarlar məhkəmənin saytında yayımlanıb.

MUSTAFA HACIBƏYLİNİN İŞİ

Açıqlanmış qərarlardan biri Müsavat Partiyası fəalı, «Demokrat» qəzetinin redaktoru Mustafa Hacıbəylinin şikayəti ilə bağlıdır.

Qərarda göstərilir ki, M.Hacıbəylini 2011-ci ilin aprelində Fəvvarələr meydanında etiraz aksiyasına qatılmaq istəyərkən polis saxlayıb. Onu Nəsimi Rayon Polis İdarəsinin bölmələrindən birinə aparıblar.

Qərarda polis bölməsində M.Hacıbəylinin döyüldüyü, qeyri-insani rəftara məruz qaldığı qeyd edilir.

M.Hacıbəyli sonradan bununla bağlı yerli hüquq-mühafizə qurumlarına müraciət edib. Ancaq qərara görə, onun şikayətinə nə polis və prokurorluqda, nə də məhkəmələrdə ədalətli baxılıb.

AİHM M.Hacıbəyliyə münasibətdə Avropa Konvensiyasının 3-cü maddəsi ilə təminat verilən qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozulduğu qənaətinə gəlib.

Məhkəmə qərarına əsasən, hökumət jurnalistə mənəvi zərərə və hüquq məsrəflərinə görə birlikdə 13 min avro ödəməlidir.

Buna da bax- Avropa Məhkəməsinə gedən məktublar qeybə çəkilir

MİTİNQDƏ SAXLANAN CƏBHƏÇİLƏRİN İŞİ

AİHM-nin açıqladığı digər qərar Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 6 üzvünün şikayəti ilə bağlıdır.

Şikayətçilər İlham Hüseyn, Bəhruz Həsənov, Türkel Əlisoy, Ağaverdi Rushanov, Təzəxan Mirələmli və Tofiq Dadaşov olub.

Şikayətçilər 2011-2014-cü illərdə müxalif partiyaların etiraz aksiyalarında saxlanıblar. Yerli məhkəmələr İlham Hüseynova, Bəhruz Həsənova, Türkel Əlisoya, Ağaverdi Rushanova 20, Təzəxan Mirələmliyə 15, Tofiq Dadaşova 10 sutka inzibati həbs cəzası verib. Şikayətçilər həbs edilmələrinin qanunsuz olduğunu yerli məhkəmələrə çıxarıblar. Ancaq məhkəmələr onların heç birinin şikayətini təmin etməyib.

AİHM iddia olunan pozuntular oxşar olduğundan şikayətlərə birgə baxıb.

AİHM şikayətçilərin Konvensiyanın 11-ci (birləşmək hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələri ilə təminat verilən hüquqlarının pozuntusuna yol verildiyi qənaətinə gəlib.

Qərar görə. hökumət ərizəçilərin hər birinə 12 min avro ödəməlidir. Hüquq xidmətlərinə görə isə, birlikdə 6 min avro ödənilməlidir.

Şikayətçiləri AİHM-də Ruslan Mustafazadə və Əsabəli Mustafayev təmsil edib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Pakistan prezidenti: “Azərbaycan ordusunu tam təchiz etməyə hazırıq”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: