24 saat

Avropa Məhkəməsi Azərbaycana qarşı 18 qərar qəbul etdi


Avropa Məhkəməsi iyunun 30-da Azərbaycanla bağlı 18 iş üzrə qərarlarını elan edib.

Virtualaz.org bildirir ki, bu barədə məlumat məhkəmənin saytında yerləşdirilib.

Məlumata görə, şikayətləri təmin olunan şəxslər bu müxalifətçilərdir: Məmməd İbrahim, Əbülfəz Qurbanlı, Rüfət Hacıbəyli, Elşad Budaqov, Orxan Carçıyev, Vaqif Xalıqov, Hafiz Fərhadi, Elçin Cərullayev, İnqilab Kərimov, Şakir Abbasov, Zülfüqar Eyvazov, Təzəxan Mirələmli, Bəhruz Həsənov.

Məhkəmə onların hüquqlarının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (qanunsuz cəza) və 11-ci (sərbəst toplaşmaq azadlığı hüququ) maddələr üzrə pozulduğunu qəbul edib.

Onların hamısına bərabər həcmdə, bütövlükdə 165 min avro məbləğində kompensasiya təyin olunub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: