Loading...
Loading...

Avropa Liqasında Azərbaycan klublarının oyunlarının başlama vaxtı məlum oldu

Avropa Liqasının II təsnifat mərhələsində çıxış edəcək Azərbaycan klublarının oyunlarının başlama saatı açıqlanıb.

İyulun 14-də azarkeşlər ilk olaraq “Neftçi”nin oyununa şahidlik edəcəklər. Makedoniya “Şkendiya”sı ilə “Bakcell Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Ardınca isə “Kəpəz”in Avstriyada “Admira”ya qarşı mübarizəsini izləmək mümkün olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Son olaraq “Qəbələ” Macarıstan MTK-sının qonağı olacaq. Həmin oyun Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Xatırladaq ki, cavab görüşləri iyulun 21-də keçiriləcək.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

UEFA Avropa çempionatdan 1,93 milyard avro qazanıb

%d bloqqer bunu bəyənir: