Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Avropa Liqası: “Qəbələ” “Anderlext”ə uduzdu – 1:3

Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib.

Virtualaz.org bildirir ki, mötəbər turnirdəki digər təmsilçimiz “Qəbələ” də ilk matçına çıxıb.

“Konstant Vanden Stok” stadionunda oynanılan matçda komandalar oyunun ilk hissəsinə sürətli hücumlarla başlayiblar. Həm meydan sahibləri, həm də “Qəbələ” açıq futbola üstünlük verib. Təşəbbüsə yiyələnən “Anderlext” 14 dəqiqədə istəyinə çatıb. Meydan sahiblərini Lukaş Teodorşukun qolu ilə hesabı açıb-1:0. Altı dəqiqə sonar “Qəbələ” hesaba tarazlıq gətirib. Dabo komandamızın bərabərlik qolunu vurub. Hissənin sonunda əsk hücuma atılan “Anderlext” Rafael Santosun avtoqolu ilə hesabı 2:1-ə çatdırıb.

İkinci hissədə “Qəbələ”nin qol cəhdləri nəticəsiz qalıb. Əvəzində oyunun 77-ci dəqiqəsində Kapel belçikalıların üçüncü qolunu vurub. Beləliklə, “Anderlext” – “Qəbələ” görüşü 3:1 hesabı ilə başa çatıb.

Roman Qriqorçukun komandası qrup mərhələsində növbəti oyununu sentyabrın 29-da Bakıda Almaniyanın “Mayns” klubuna qarşı keçirəcək.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Fabreqas ”Milan”a keçir?

%d bloqqer bunu bəyənir: