Now Reading:
Avropa Liqası: “Qəbələ” yenə məğlub oldu – VİDEO
Full Article 50 second read

Avropa Liqası: “Qəbələ” yenə məğlub oldu – VİDEO



Bu gün “Qəbələ” klubu Avropa Liqasında növbəti oyununu keçirib.

Virtualaz.org bildirir ki, V turda onun rəqib Belçikanın “Anderlext” klubu olub.

Oyunun 10-cu dəqiqəsində qonaqlar hesabı açıblar. “Anderlext”in heyətində Yuri Tilemans komandasını hesabda irəli çıxarıb.

Lakin qonaqların sevinci cəmi dörd dəqiqə çəkib. Matçın 15-ci dəqiqəsində “Qəbələ” komandası oyunda tarazlığı bərpa edib. Rikardinyo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 1:1.

Komandaların cəhdlərinə baxmayaraq, birinci hissənin qalan dəqiqələrində qapılara qol vurulmayıb və matçın ilk yarısı 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmanın sonuna yaxın – 90-cı dəqiqədə “Anderlext” komandası yenidən hesabda irəli çıxıb. Qonaqların sağ cinahdan yerinə yetirdikləri cərimə zərbəsindən sonra Massimo Bruno komandasının ikinci qolunu vurub.

Lakin bu da oyunda son olmayıb. Matçın əsas vaxtına əlavə edilən hissənin 3-cü dəqiqəsində “Anderlext”in futbolçusu Lukaş Teodorçuk oyunda son nöqtəni qoyub – 1:3.

Xatırladaq ki, bu nəticə ilə aktivində xal olmayan “Qəbələ” qrup sonuncusudur. “Anderlext” isə 11 xalla birinci pillədə qərarlaşıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: