Avropa Komissiyasından Türkiyə ilə bağlı sərt hesabat

Avropa Komissiyası Türkiyənin Avropa Birliyinə hazırlığına dair bugünə qədərki ən sərt hesabatını hazırlayıb.

Almaniyanın həftəlik «Frankfurter Allgemeine Sonntagszeitung» nəşri yazır ki, 100 səhifəlik sənəddə son bir ildə Türkiyədə söz azadlığı sahəsində vəziyyətin kəskin şəkildə pisləşdiyi bildirilir.

Hesabat müəllifləri hərbi qiyam cəhdindən sonra Türkiyədə çox sayda jurnalist və KİV-in mühakimə olunmasından ciddi narahatlıq ifadə ediblər.

Sənddə həmçinin ölkənin ədliyyə sistemindəki vəziyyət tənqid olunur, son aylarda bütün prokuror və hakimlərin 20 faizinin işdən uzaqlaşdırıldığı vurğulanır.

Avropa Komissiyasının fikrincə, Türkiyədə hazırda qüvvədə olan fövqəladə vəziyyət haqqında qanun şəxsin məhkəmə qərarı olmadan 30 sutka nəzarət altında qalmasına imkan yaradır.

Həmin müddətdə isə saxlanılanların bəzilərinə qarşı işgəncə halları müşahidə edilir.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Dollar bu gün neçəyə satılır? – Rəsmi məzənnə

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: