Avropa Komissiyası: «Ərdoğan vətəndaşlarına hesab verməli olacaq»


Avropa Komissiyasının sədri Jan-Klod Yunker vizasız rejimlə bağlı Türkiyənin mənfi cavab alacağını istisna etməyib.

«Reuters»ə açıqlama verən qurum sədri Türkiyə rəhbərliyinin öz addımları ilə vətəndaşlarını məlum imkandan məhrum etdiyini bildirib:

«Türkiyə hökumətinin bu gün etdikləri məndə belə qənaət yaradır ki, bu ölkə Avropa standartlarına uyğunlaşmağa hazır deyil».

Yunker hesab edir ki, bu məsələdə əsas təqsirkar prezident Rəcəb Tayyib Ərdoğandır: «Əgər viza rejimi aradan qalxmasa, Ərdoğan öz vətəndaşlarına bunun səbəbi ilə bağlı hesab verməli olacaq. Türkiyə bizə lazımdı. Amma əsas prinsiplərimizdən imtina edə bilmərik».

Azadliq.info

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

40 yaşlı kişi 8 yaşlı qızla evləndi – “Gəlin” toy gecəsi öldü – VİDEO

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: