Loading...
Loading...

Avropa İttifaqından cəbhədəki vəziyyətlə bağlı BƏYANAT

federike-moreniAvropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Dağlıq Qarabağdakı vəziyyətə görə dərindən narahatdır və bütün tərəfləri atəşkəsin pozulması halını dərhal dayandırmağa çağırır. Bu barədə RİA “Novosti” məlumat yayıb.

“Təmas xətti boyunca döyüşlərin getməsi barədə xəbərlər dərin narahatçılıq doğurur. Mən bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və atəşkəsə riayət etməyə çağırıram. Tərəflər təmkinlilik nümayiş etdirməli və gərginləşməyə səbəb ola biləcək addım və bəyanatlardan yayınmalıdırlar”, – deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, Aİ insanların, xüsusilə də dinc sakinlərin itkisindən təəssüflənir. “Aİ ATƏT-in Minsk qrupu və üç həmsədrin səylərini tam olaraq dəstəkləyir. Biz hər iki tərəfin atəşkəsə ciddi əməl edəcəyini, güc tətbiqindən çəkinəcəyini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün səylərini bərpa edəcəyini gözləyir”, – deyə bəyanatda qeyd olunur.(“Report”)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası çağırılıb – FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: