Now Reading:
Avropa İttifaqı Azərbaycana vəsait ayırdı
Full Article 30 second read

Avropa İttifaqı Azərbaycana vəsait ayırdı



Avropa İttifaqı (Aİ) Kənd İnkişafını Dəstəkləmə Proqramı (RDSP) çərçivəsində kənd yerlərinin inkişafı üçün Azərbaycana 7,2 milyon avro ayırıb.

Virtualaz.org bildirir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib.

Layihə ərzaq təhlükəsizliyinin, qida məhsullarının təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin olunması vasitəsilə regionlarda kənd təsərrüfatının inkişafı üçün islahatların həyata keçirilməsini nəzərdə tutur.

Proqram çərçivəsində Aİ Azərbaycanın Kənd Təsərrüfatı, İqtisadiyyat, Sənaye, Fövqəladə Hallar, Səhiyyə nazirlikləri, Dövlət Statistika Komitəsi və s. ilə əməkdaşlıq edəcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: