Loading...
Loading...

Avropa çempionatının ən yaxşı futbolçuların adları açıqlandı

Avropa çempionatının rəmzi yığma komandası məlum olub.

ANS PRESS-in məlumatına görə, rəmzi komandaya çempion Portuqaliya millisindən dörd futbolçu daxil edilib. Çempionatın ən yaxşı futbpolçularını UEFA tərtib edib. Maraqlıdır ki, Uels millisinin ulduz futbolçusu Qaret Beyl heyətə daxil olmayıb.

Qapıçı – Ruy Patrisiu (Portuqaliya);

Müdafiəçilər – Coşua Kimmix, Jerom Boatenq (hər ikisi Almaniya), Pepe, Rafael Gerreyro (hər ikisi Portuqaliya);

Yarımmüdafiəçilər – Toni Kruoos (Almaniya), Co Allen, Aaron Remsi (hər ikisi Uels), Dmitri Payet (Fransa);

Hücumçular – Antuan Qrizman (Fransa), Kriştianu Ronaldu (Portuqaliya).

AVRO-2016-nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb. Yeganə qolun müəllifi “Lil” klubunun futbolçusu Eder olub.

Avropa çempionatının rəmzi komandası

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Əfsanəvi futbolçu bomj həyatı sürür – FOTOLAR

%d bloqqer bunu bəyənir: