Loading...
Loading...

“Avropa çempionatında futbolçular oruc tutmayacaq”

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim Fransada keçiriləcək Avropa çempionatının oyunları zamanı futbolçuların oruc tutması məsələsinə münasibət bildirib. ANS PRESS-in məlumatına görə, məşqçi futbolçuların oyun zamanı oruc tutmasını istəməyib.

“Çempionatda yeganə müsəlman komandası bizik. Orucluq ayı bizim üçün bu baxımdan əhəmiyyətlidir. Əgər qarşılaşmaların keçirilməsinə çox vaxt qalsa, onda oyunçular oruc tuta bilərlər. Ancaq oyun varsa, o zaman sonra tutarlar. Bu, onların sağlamlıqları üçün çox önəmlidir. Biz onların yerinə tutarıq, onsuz da hamımız birlikdə oruc oluruq. Elə isti bir şəraitdə, gündə iki məşqin olacağı vəziyyətdə oruc tutmaq sağlamlığa mənfi təsir göstərəcək. Ancaq dostlarımız, futbolçularımız mənəvi şəraiti çox yaxşı qoruyacaq”. – Terim deyib.

Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı iyunun 10-da başlayacaq və iyulun 10-da başa çatacaq. Ramazan ayı isə iyunun 6-7-də başlayır. Türkiyə D qrupunda mübarizə aparacaq. Qardaş ölkənin millisiİspaniya, Çexiya və Xorvatiya ilə qarşılaçacaq. Türkiyənin qrupta ilk oyunu iyun ayının 12-də Xorvatiya qarşı olacaq.

Türkiyə yığmasının Avropa çempionatındakı təqvimi

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Millimiz “cırtdan”la bacarmadı

%d bloqqer bunu bəyənir: