24 saat

Avropa Birliyindən Putinə sərt xəbərdarlıq: «Geri çəkilməyəcəyik!»


«Avropa Birliyi Rusiya ilə dialoqa hazırdır. Lakin dəyərlərimizin zərbə almasına heç bir halda izin verməyəcəyik».

Bu bəyanatı Avropa Birliyi Şurasının rəhbəri Donald Tusk səsləndirib: «Rusiya dağıdıcı fəaliyyətini davam etdirir – hava məkanımızı pozmaqdan tutmuş, dezinformasiya kampaniyasına, kiberhücumlara, Avropa Birliyi daxilində və hüdudlarında siyasi proseslərə müdaxiləyə qədər. Bütün bunlar aydın şəkildə göstərir ki, Rusiyanın strategiyası Avropa Birliyini zəiflətməkdir. Biz ətraflı təhlil aparmışıq və artıq illüziyaya qapılmırıq».

Tusk əlavə edib ki, Rusiya ilə münasibətləri gərginləşdirmək kimi bir hədəfləri yoxdur. Avropa Birliyi sadəcə Rusiyanın atdığı addımlara reaksiya verir: «Dəyərlərimizdən və prinsiplərimizdən heç vaxt geri çəkilməyəcəyik».

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: