Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Avropa Birliyi Apple-ə 13 milyard avro vergi borcu çıxardıb

Avropa Birliyi (AB), dünyanın ən qiymətli şirkəti Apple-ə İrlandiyadakı fəaliyyətinə görə 13 milyard avro vergi borcu çıxardıb.

“Marja” xəbər verir ki, AB Komissiyası, Apple-ın İrlandiyada qurduğu şirkətlərdə 3 il müddətində apardığı araşdırmasını başa çatdırıb. AB Komissiyası, Apple-dən 13 milyard avroluq vergini faizilə birlikdə İrlandiyaya geri ödəməsini tələb edib.

Məsələ ilə bağlı Brüsseldə mətbuat konfransı keçirən Avropa Komissiyasının Rəqabətdən Məsul üzvü Margrethe Vestager, “AB Komissiyası bu gün Apple-ın İrlandiyada istifadə etdiyi vergi güzəştlərinin qeyri-qanuni olduğu qərarını verdi. Apple-ə İrlandiyada iyirmi ildən artıqdır tətbiq edilən vergi güzəştləri şirkətin yükünü yüngülləşdirib, amma bu aşağı vergilərdən istifadəqeyri-qanuni olub. Apple,13 milyard avro vergini faizilə birlikdə geri ödəməlidir”,- deyib.
Vestager deyib ki, Apple-ın, İrlandiyada qurduğu “Apple Sales İnternational” və “Apple Operations Europe” şirkətləri vasitəsilə vergidən yayınıb.

“Bu şirkətlər, ABŞ-dakı Apple-ə bağlıdır. Ödənməyən vergilərin az qala hamısı Apple Sales İnternational ilə bağlıdır. Bu şirkət, Apple-ın məhsullarını Amerika xaricində satış və istehsal etmək hüququna malikdir. Bu haqq qarşılığında da gəlir əldə edir. Bu şirkət faktiki Apple məhsullarını istehsalçıdan alır, Avropa, Yaxın Şərq, Afrika və Hindistanda satır. Bir iPhone-u Berlində, Romada, ya da başqa yerdə alsanız, onu Apple Sales International-dan əldə etmiş olursunuz. Satışlarda bütün gəlirlər isə İrlandiyada qeyd edilir.

İrlandiyada Apple-ın bir şirkət mərkəzi görünür, amma bu, kağız üzərində, heç bir əməkdaşı, gerçək fəaliyyəti yoxdur. Qarların yalnız kiçik bir hissəsi İrlandiya şöbəsinə həvalə olunub, gəlirin çoxu isə şirkət mərkəzinə köçürülüb. Beləliklə, Apple Sales İnternational daha aşağı vergi ödəmişdir”.

Vestager, Apple Sales İnternational-ın 2011-ci ildə 16 milyard avro gəlir əldə etdiyini xatırladaraq, “Bu gəlirin 50 milyon avrodan daha az bir hissəsi İrlandiya şöbəsinə verilib. Qalanı şirkət mərkəzinə köçürüldüyü üçün vergi ödənməyib. Apple, bu perspektivdə hər milyon avro gəlirdə 500 avro vergi ödəyib. Bu vergi nisbəti 2014-də 0,005%-ə qədər düşüb. Bu dövrdə, Apple milyon avroluq gəlirdə isə 50 avro vergi verib” ifadələrini istifadə edib.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

İranın ən iri qaz yatağı yanır

%d bloqqer bunu bəyənir: