Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Avropa ətinin Rusiyada işi yoxdur”

Rusiyanın kənd təsərrüfatı naziri Alexander Tkachev hesab edir ki, Avropa ətinin Rusiyada “işi yoxdur”.

Tkachev çərşənbə günü jurnalistlərə deyib ki, rublun devalvasiyası Rusiya heyvandarlarına “yetərincə rəqabətədavamlı məhsul” istehsal etməyə imkan verib. Nazirin sözlərincə, hətta əgər AB ölkələrindən ərzaq idxalına embarqo qaldırılsa belə, Avropa məhsulları bazarda yerli məhsuldan baha olacaq.

Tkachev onu da sözlərinə əlavə edib ki, Rusiya istehlakçıları “yerli məhsula” öyrəşiblər.

AB-dən ərzaq idxalına embarqo 2014-cü ildə, Avropa sanksiyalarına cavab olaraq qoyulub. Qadağaya rəğmən gətirilən məhsullar isə məhv edilir. Məsələn, çərşənbə günü Rostov vilayətində 20 ton Polşa alması məhv edilib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Erməni Yerevanda özünü yandırdı

%d bloqqer bunu bəyənir: