Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Avropa əhalisi Rusiya ilə barışıq istəyir

Avropanın 10 ölkəsinin vətəndaşları Avropa Birliyinin Rusiyaya qarşı apardığı siyasəti dəstəkləmir.

Axar.az xəbər verir ki, bu nəticə PRC təşkilatının apardığı sorğudan sonra ortaya çıxıb. Sorğu Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Polşa, Niderland, Macarıstan, Yunanıstan, Fransa və İsveçdə aparılıb.

Respondentlərin 48%-i Rusiya ilə münasibətləri dəstəklədiyini, 43% isə bunun əleyhdarı olduğunu bildirib.

Xüsusilə, Yunanıstan əhalisi Rusiya ilə münasibətlərin düzəlməsinin tərəfdarı olduğunu söyləyib. Yunanların 89%-i Rusiya-Avropa Birliyi münasibətlərinin düzəlməsinin lehinə səs verib. Bu göstərici Macarıstanda 67%, Almaniyada 58%, İtaliyada 54% olub. İsveçlilər isə əksinə, Rusiyaya qarşı sərt siyasətin tərəfdarı olduqlarını bəyan ediblər. Sorğu iştirakçılarının 71%-i bu fikri dəstəkləyib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Putin ukraynalı məhbusları əfv etdi – FOTO

%d bloqqer bunu bəyənir: