Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Avroliqanın “play-off” mərhələsi: “Qəbələ” uddu, “Qarabağ” uduzdu

Bu gün Qəbələ şəhərinin eyniadlı klubu UEFA Avropa Liqasının “play-off” mərhələsində ilk qarşılaşmasına çıxıb.

Virtualaz.org bildirir ki, Azərbaycan klubu “Dalğa Arena”da Sloveniyanın “Maribor” kollektivini qəbul edib.

Görüş “Qəbələ” üçün gözlənilməz başlayıb. Belə ki, matçın 17-ci dəqiqəsində rəqib Tavaresin qolu ilə hesabda irəli çıxıb. Lakin “Maribor”un üstünlüyü çox sürməyib və Azərbaycan klubu Sergey Zenyovun 37-ci dəqiqədə vurduğu dəqiq zərbə ilə oyunda tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.

Matçın ikinci hissəsinin əvvəlində “Qəbələ” rəqib qapısından ardıcıl iki top keçirib. Baqali Dabo 50 və 52-ci dəqiqələrdə iki qol vuraraq hesabı 3:1- çatdırıb. Oyun bu hesabla da başa çatıb.

Ağdamın “Qarabağ” klubu isə “play-off” mərhələsində ilk oyununu səfərdə keçirib.

Rəqib İsveçin “Höteborq” komandası olub.

Qarşılıqlı hücum şəraitində keçən matç rəqibin minimal üstünlüyü ilə başa çatıb.

Oyunda yeganə qolu 56-cı dəqiqədə Mads Albaek vurub.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Rövşən Lənkəranskinin Türkiyədəki cənazə namazından görüntülər VİDEO

%d bloqqer bunu bəyənir: