Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Avroliqada I təsnifat mərhələsi: “Qəbələ” darmadağınla başladı VİDEO

“Qəbələ” klubu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Bakcell Arena”da Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşıb.

Virtualaz.org bildirir ki, oyun Roman Qriqorçukun yetirmələrinin böyük hesablı qələbəsi ilə başa çatıb – 5:1.

“Qəbələ”nin heyətində Teo Uiks het-trikə imza atıb (30, 69 və 72-ci dəq.). Hərəyə bir dəfə isə Voyslav Stankoviç (16 dəq.) və Sergey Zenyov fərqləniblər (19 dəq.).

Qonaqların heyətində təsəlli qolunu matçın 59-cu dəqiqəsində Laşa Şerqelaşvili vurub.

Cavab qarşılaşması bir həftə sonra, iyulun 7-də, Gürcüstanda keçiriləcək.

“Qəbələ” cavab görüşündən sərfəli nəticə ilə dönərsə “Aktobe” (Qazaxıstan) – “Budapeşt” (Macarıstan) cütlüyünün qalibi ilə qarşılaşacaq.

 

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Gürcü futbol azarkeşləri erməniləri döyüblər

%d bloqqer bunu bəyənir: