Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Avroliqa: “Qəbələ” də növbəti mərhələyə yüksəldi

Xəbər verdiyimiz kimi, bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilir.

APA-nın məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” də növbəti matçına çıxıb.

Roman Qriqorçukun yetirmələri üçün qarşılaşma formal xarakter daşıyırdı. Belə ki, ilk oyunda Bakıda əldə olunan 5:1 hesablı darmadağından sonra səfərə rahat yollanan qəbəlilər məğlub olsalar da, növbəti mərhələyə yüksəliblər.

Hesabı meydan sahibləri açıblar. Zivzivadze 14-cü dəqiqədə özünə qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirib. Hissənin sonlarına yaxın “Qəbələ”nin yeni qolçusu Teo Uiks hesabı bərabərləşdirib. İkinci hissə bərabər səviyyəli oyun gedib. Azarkeşlər bir də matça əlavə olunmuş 2-ci dəqiqədə qol izləyiblər. Meydan sahiblərindən Şergelaşvili qələbə qolunu vurub. Ancaq məğlubiyyətə baxmayaraq, turu keçən tərəf təmsilçimiz olub.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Azərbaycan əleyhinə idman sanksiyaları – NAZİRLİKDƏ NƏ FİKİRLƏŞİRLƏR?

%d bloqqer bunu bəyənir: